...

Fransada kursant avtomobillə 5 nəfərə xəsarət yetirib

Dünya xəbərləri Materials 15 Fevral 2025 07:08 (UTC +04:00)

Bakı. Trend:

Fransanın Lil şəhərində polis məktəbinin kursantı barın qarşısında avtomobillə 5 nəfərə xəsarət yetirib.

Trend-in məlumatına görə, kursant sərxoş olduğu üçün bardan çıxarılıb. O isə bir müddət sonra geri qayıdaraq qisas məqsədi ilə avtomobili barın qarşısında dayananların üzərinə sürüb. Xilasedicilərin məlumatına görə, xəsarət alan 5 nəfərdən birinin vəziyyəti ağırdır.

Hadisəni törətməkdə təqsirləndirilən kursant həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti