Bakı. Trend:
İsveçin Uppsala şəhərində yüzdən çox avtomobilin iştirakı ilə iki böyük yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, qəzalar nəticəsində çox sayda insan xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır.
İlk toqquşma səhər saatlarında bir neçə avtomobilin iştirakı ilə baş verib. Bu qəzada 20-dən çox zərərçəkən Uppsala Akademik Xəstəxanasına çatdırılıb, lakin ciddi xəsarətlər barədə məlumat verilməyib.
Uppsala Səhiyyə və Tibbi Xidmətlər Departamentinin direktoru Mikael Kyöler bildirib ki, həm Uppsala Akademik Xəstəxanasında, həm də Ençöpinq Xəstəxanasında yüksək hazırlıq vəziyyəti elan edilib.
Daha sonra, 95 avtomobilin iştirakı ilə böyük bir qəza baş verib. Hadisə yerinə təcili yardım xidmətləri və tibbi helikopterlər cəlb edilib.
Polis Departamentinin sözçüsü Stefan Larsson hadisəni "dəhşətli mənzərə" olaraq qiymətləndirib, əzilmiş maşınların ətrafda səpələndiyini bildirib.
Hökumət ictimaiyyətə mühüm bir mesaj verərək sürücüləri yolların təhlükəli hissələrində maşın sürməkdən çəkinməyə çağırıb.