...

Tbilisidə hökumət əleyhinə yürüş keçirilib

Dünya xəbərləri Materials 15 Fevral 2025 21:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tbilisinin mərkəzində fevralın 15-də axşam saatlarında hökumət əleyhinə yürüş təşkil edilib.

Trend xəbər verir ki, Avropa meydanında toplaşan mindən çox etirazçı Kür sahili ilə parlament binasının yaxınlığında yerləşən Azadlıq meydanına doğru irəliləyiblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları yürüş iştirakçılarının hərəkətinə mane olmamışdır.

Etirazçılar əvvəlki aksiyalar zamanı saxlanılanların azadlığa buraxılmasını və təkrar parlament seçkilərinin təyin edilməsini tələb edirlər.

Xəbər lenti

Xəbər lenti