...

HƏMAS Qəzzanın idarə edilməsində iştirak etməyəcək

Dünya xəbərləri Materials 15 Fevral 2025 22:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

HƏMAS gələcəkdə Qəzzanı idarə etməyi planlaşdırmır.

Trend xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, radikal təşkilatın nümayəndələri təsdiqləyiblər ki, atəşkəs sazişinin hər üç mərhələsində ona əməl etmək niyyətindədirlər və gələcəkdə Qəzza zolağının idarə olunmasında iştirak etməyəcəklər.

"Misir hazırda anklavın sakinlərinə yardım göstərilməsi və onun bərpasına cavabdeh olacaq müvəqqəti komitənin yaradılması ilə bağlı intensiv danışıqlar aparır. Əlavə məlumat verilmir".

HƏMAS hələlik bu xəbərlərə münasibət bildirməyib.

Xəbər lenti

Xəbər lenti