...

Lavrov və Rubio arasında telefon danışığı baş tutub

Dünya xəbərləri Materials 16 Fevral 2025 00:41 (UTC +04:00)
Lavrov və Rubio arasında telefon danışığı baş tutub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Marko Rubio ilə telefon danışığı aparıb.

Trend xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər Rusiya-ABŞ münasibətlərində mövcud problemlərin həlli üçün kommunikasiya kanalının saxlanılması, eləcə də qarşılıqlı ticarət-iqtisadi və investisiya əməkdaşlığındakı maneələrin aradan qaldırılması barədə müzakirələr aparıblar.

Görüş zamanı Ukrayna münaqişəsinin nizamlanması, Fələstin ətrafındakı vəziyyət və Yaxın Şərqdəki regional proseslər müzakirə olunub. Həmçinin, Rusiya və ABŞ-nin xarici nümayəndəliklərinin işinə dair mövcud maneələrin aradan qaldırılması üçün yaxın vaxtlarda ekspert görüşünün təşkilinə dair razılıq əldə edilib.

Lavrov və Rubio, prezidentlər tərəfindən müəyyən edilmiş tonallıq çərçivəsində qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası dialoqun bərpası üzərində işləmək niyyətlərini təsdiqləyiblər. Tərəflər müntəzəm əlaqələrin saxlanılması və ən yüksək səviyyədə Rusiya-ABŞ görüşünün hazırlanması barədə razılığa gəliblər.

Qeyd edək ki, fevralın 12-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub və liderlər Rusiya-Ukrayna münaqişəsinin nizamlanması məsələlərini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti