...

NATO Baş katibi Slovakiyaya səfər edəcək

Dünya xəbərləri Materials 16 Fevral 2025 01:43 (UTC +04:00)
NATO Baş katibi Slovakiyaya səfər edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

NATO-nun yeni Baş katibi Mark Rutte fevralın 20-də Slovakiyaya səfər edəcək. Səfər çərçivəsində Alyansa üzv ölkələrdə müdafiə xərclərinin artırılması məsələsi müzakirə olunacaq.

Trend xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransında iştirak edən Slovakiya Prezidenti Peter Pelleqrini məlumat verib.

Slovakiyada Rutte Prezident Pelleqrini və Baş nazir Robert Fiko ilə görüşəcək. Pelleqrini qarşıdan gələn danışıqlarla bağlı bildirib ki, NATO-nun müdafiə xərclərinin hansı səviyyədə, hansı nisbətdə və hansı müddət ərzində artırılacağına dair müzakirələr aparması vacibdir.

Slovakiya prezidenti vurğulayıb ki, hərbi xərclərin artırılması planları hər bir üzv ölkənin ehtiyaclarına uyğun şəkildə həyata keçirilməlidir.

Qeyd edək ki, Rutte daha əvvəl Politico-ya verdiyi müsahibədə NATO ölkələrinin müdafiə xərclərini ÜDM-nin 3%-dən çoxuna qədər artırmalı olduqlarını bildirmişdi. Bu məsələyə dair yekun qərarın iyun ayında Haaqada keçiriləcək NATO sammitində qəbul ediləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti