...

Konqo Demokratik Respublikasında kilsədə 70-dən çox başı kəsilmiş meyit tapılıb

Dünya xəbərləri Materials 16 Fevral 2025 03:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Konqo Demokratik Respublikasının (KDR) şərqində, Şimali Kivu əyalətinin Mayba kəndindəki kilsədə 70-dən çox başı kəsilmiş meyit aşkar edilib.

Trend xəbər verir ki, bu barədə ölkənin “Okapi” radiostansiyası məlumat yayıb.

Məlumata görə, meyitlər üç gün əvvəl Lubero rayonunda yaraqlılar tərəfindən qaçırılmış şəxslərə aiddir. Öldürülənlər arasında qadınlar, uşaqlar və yaşlı insanlar da yer alır.

Hökumət orqanları qətllərin “Demokratik Qüvvələr İttifaqı” (DQİ) ekstremist qruplaşmasının döyüşçüləri tərəfindən törədildiyini düşünür. DQİ 1995-ci ildə Uqandada yaradılıb və 2003-cü ildə Uqanda silahlı qüvvələrinin hücumları ilə geri çəkilərək KDR-in şərq bölgələrində gizlənib. Qruplaşma burada hərbi və mülki obyektlərə mütəmadi hücumlar edir.

Xəbər lenti

Xəbər lenti