Bakı. Trend:
ABŞ-nin Vergi İdarəsi (İRS) yaxın günlərdə minlərlə işçisini ixtisar etməyə hazırlaşır.
Trend xəbər verir ki, bu barədə "Reuters" yazır.
Məlumatda bildirilir ki, işdən çıxarılmalar vergi hesabatı mövsümündə qurumun resurslarını ciddi şəkildə gərginləşdirə bilər. İşdən çıxarılacaq şəxslər arasında yenicə işə götürülən və işdən çıxarılmağa tam müdafiə olunmayan əməkdaşlar yer alacaq.
Tam olaraq neçə IRS işçisinin ixtisar ediləcəyi məlum olmasa da, keçmiş Prezident Co Baydenin dövründə agentliyin işçi qüvvəsi 100 minə qədər artırılmışdı və bu qüvvəyə təxminən 16 min sınaq işçisi daxil idi.
Qeyd olunur ki, Bayden administrasiyası agentliyin işini, o cümlədən korporasiyaları və varlı vergi ödəyicilərini yoxlamaq qabiliyyətini gücləndirməyə çalışıb.