...

Suriya kəşfiyyatı İŞİD-in yüksək rütbəli komandirini həbs edib

Dünya xəbərləri Materials 16 Fevral 2025 06:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriya Ümumi Kəşfiyyat Xidməti İŞİD terror təşkilatının əsas liderlərindən biri olan və Əbu əl-Haris əl-İraqi ləqəbi ilə tanınan terrorçunu həbs edib.

Trend SANA agentliyinə istinadənxəbər verir ki, əl-İraqi bir sıra terror hücumlarının hazırlanmasına cavabdeh olub. O, həmçinin Dəməşqin cənubunda yerləşən Seyyidə-Zeynəb məscidində planlaşdırılan və Suriya təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınan partlayışın təşkilatçılarından biri kimi tanınır.

Xatırladaq ki, yanvarın 11-də Suriya təhlükəsizlik qüvvələri keçirdikləri əməliyyat nəticəsində məsciddə terror aktının hazırlanmasında iştirak edən İŞİD üzvlərini həbs edib. Xüsusi xidmət orqanı Suriyanın bütün dini icmalarına qarşı yönəlmiş cinayətkar əməllərlə mübarizəni davam etdirəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti