...

Münxendə əfqan miqrantın avtomobili insanların üzərinə sürməsi nəticəsində iki nəfər ölüb

Dünya xəbərləri Materials 16 Fevral 2025 07:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Münxendə 24 yaşlı əfqan miqrantın avtomobili bir qrup mülki şəxsin üzərinə sürməsi nəticəsində xəsarət alanlardan iki nəfər – bir qadın və onun iki yaşlı qızı dünyasını dəyişib.

Trend “Spiegel” qəzetinə istinadən xəbər verir ki, Münxen şəhərinin meri Diter Rayter bildirib ki, həyatını itirən qadın şəhər administrasiyasının əməkdaşı olub.

Almaniya Kansleri Olaf Şolts hadisə ilə bağlı başsağlığı verərək bildirib: “Münxendə baş verən hücum nəticəsində həyatını itirən azyaşlı uşağın və qadının ölümü məni dərindən sarsıtdı. Ailə üzvlərinin nə hiss etdiyini təsəvvür etmək belə çətindir. Onlara dərin hüznlə başsağlığı verirəm.” O əlavə edib ki, təqsirləndirilən şəxs cəzasını çəkdikdən sonra deportasiya olunacaq.

Ölən qadının ailəsinin yaydığı açıqlamada bildirilib ki, o, Əlcəzairdə anadan olub və dörd yaşında Almaniyaya köçüb. 2017-ci ildən Münxendə həyat yoldaşı və qızı ilə birlikdə yaşayırdı.

Xatırladaq ki, fevralın 13-də Münxendə 24 yaşlı əfqan miqrantın avtomobili xidmət sahəsində çalışan işçilərin birləşmiş həmkarlar ittifaqı təşkilatı (Verdi) tərəfindən təşkil olunan yürüş iştirakçılarının üzərinə sürməsi nəticəsində 40-a yaxın insan xəsarət alıb. Hadisəni törədən şəxsin əvvəllər narkotik maddə və oğurluqla bağlı polis tərəfindən saxlanıldığı müəyyən edilib. Almaniya Baş Prokurorluğu hadisənin əhəmiyyətini nəzərə alaraq istintaqı öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti