Bakı. Trend:
Malinin qərbində qanunsuz istismar edilən qızıl mədənində baş vermiş çökmə nəticəsində azı 48 nəfər ölüb.
Trend-in “AFP”yə istinadən verdiyi xəbərə görə, hadisə Kaes regionunun Keniba rayonunda baş verib.
Məlumata görə, qızıl axtaran bir qrup qadının işlədiyi kustar mədənin üzərinə ekskavator düşüb. Anonim şərtlərlə danışan mənbənin məlumatına görə, hadisə yerində azı 48 nəfər ölüb, daha 10 nəfər isə ağır xəsarətlərlə yerli xəstəxanaya çatdırılıb.
Rəsmi şəxs “Xinhua”ya bildirib ki, bəzi mənbələr 50 nəfərdən çox insanın öldüyünü bildirsə də, dəqiq rəqəmi təsdiqləmək çətindir, çünki bəzi xəsarətlərin ağırlığı səbəbindən ölüm sayının artması gözlənilir.
Hadisə yerində xilasetmə əməliyyatı davam edir.