Bakı. Trend:
ABŞ real səbəblərə görə Avropa İttifaqının (Aİ) Ukraynada sülh danışıqlarında iştirak etməsinə inanmır.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Kit Kelloq Münhen Təhlükəsizlik Konfransında bildirib.
Aİ-nin Ukrayna ilə bağlı danışıqlar masası arxasında olmasının perspektivləri ilə bağlı suala Kelloq deyib: "Mən realizm məktəbinə aidəm. Bunun baş verəcəyini düşünmürəm".
O, Aİ rəsmilərini sakitləşdirməyə çalışıb və deyib ki, bu, "onların maraqlarının nəzərə alınmayacağı, istifadə edilməyəcəyi və inkişaf etdirilməyəcəyi" demək deyil. ABŞ prezidentinin emissarı ABŞ-nin danışıqlarda vasitəçi kimi çıxış edəcəyini, Rusiya və Ukraynanın isə iki əsas oyunçu olacağını vurğulayıb.