Bakı. Trend:
Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın "qarşılıqlı" ticarət siyasətinə cavab olaraq fermerlərini qorumaq üçün "başqa standartlara uyğun" istehsal olunan ərzaq məhsullarının idxalını qadağan etməyi düşünür.
Trend-in məlumatına görə, bu barədə "Financial Times" qəzeti rəsmi mənbələrə istinadən bildirib.
Nəşr bildirib ki, belə bir qara siyahıya ilkin olaraq "Aİ fermerlərinin istifadə etməsi qadağan olunan pestisidlərlə yetişdirilən" ABŞ-ın soya kimi bitkiləri daxil ola bilər. Avropa Komissiyası (AK) həmçinin gələcək ticarət müqavilələrinə heyvanların rifahının "daha yüksək standartlarını" daxil etməyi planlaşdırır.