...

ABŞ-da güclü tufan nəticəsində 9 nəfər həyatını itirib

Dünya xəbərləri Materials 17 Fevral 2025 00:58 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Kentukki və Corciya ştatlarında baş vermiş güclü tufan nəticəsində 9 nəfər ölüb.

Trend xəbər verir ki, yolları və evləri su basması nəticəsində 8 nəfər Kentukki ştatında həyatını itirib. Qubernator Endi Beşarın sözlərinə görə, bir sutkadan az müddətdə bölgədə mindən çox xilasetmə əməliyyatı həyata keçirilib. Hazırda ştatda 300-dən çox yol bağlanıb.

Daha bir nəfər Corciya ştatında ölüb.

Qərbi Virciniya, Virciniya, Kentukki, Arkanzas, Corciya və Tennessi ştatları daşqın xəbərdarlığı altındadır.

Xəbər lenti

Xəbər lenti