...

Aİ liderlərinin Paris görüşü qeyri-rəsmi olacaq

Dünya xəbərləri Materials 17 Fevral 2025 02:32 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqına üzv ölkələrin liderlərinin fevralın 17-də Parisdə keçiriləcək görüşü qeyri-rəsmi xarakter daşıyacaq.

Trend xəbər verir ki, bu barədə LCI telekanalı məlumat yayıb.

"Qeyri-rəsmi görüşdə Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, İspaniya, Niderland və Danimarkanın hökumət başçıları, həmçinin Avropa Şurası və Avropa Komissiyasının prezidentləri və NATO-nun Baş katibi iştirak edəcək", - məlumatda deyilir.

Görüşün günün ikinci yarısına planlaşdırıldığı qeyd edilir.

Fransanın xarici işlər naziri Jan-Noel Barrotun sözlərinə görə, müzakirə mövzusu Avropanın təhlükəsizlik məsələlərində muxtariyyəti olacaq. Avropanın bu sahədə müstəqilliyə ehtiyacı var ki, nə ABŞ-ın, nə də digər aparıcı dünya dövlətinin vassalı olmasın.

Xəbər lenti

Xəbər lenti