Bakı. Trend:
İtaliyada 3,9 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.
Episentri Neapol şəhəri olan zəlzələnin ocağı 2,5 kilometr dərinlikdə yerləşib. Bölgədə müxtəlif maqnitudalı ardıcıl 10-dək yeraltı təkanlar olub.
Zəlzələ Neapol və Kampi Fleqreyin müxtəlif bölgələrində hiss olunub, əhali arasında təşviş yaradıb.