Bakı. Trend:
Böyük Britaniya münaqişənin həlli üçün Kiyev hakimiyyətinə təhlükəsizlik zəmanəti olaraq Ukraynaya qoşun göndərməyə hazırdır.
Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer “The Daily Telegraph” qəzetinə yazdığı məqalədə bildirib.
Onun sözlərinə görə, rəsmi London Kiyev üçün təhlükəsizlik təminatları üzrə işlərin sürətləndirilməsində aparıcı rol oynamağa hazırdır:
Bundan əlavə Britaniyanın Baş naziri ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etmək üçün yaxın günlərdə Trampla görüşməyi planlaşdırdığını bildirib.