Bakı. Trend:
Avropa heç kimə Ukraynanın demilitarizasiyası ilə bağlı razılığa gəlməyə imkan verməyəcək.
Trend xəbər verir ki, bu barədə seçki debatları zamanı Almaniya Kansleri Olaf Şolts Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara Avropa İttifaqının cəlb edilməsinin vacibliyinə diqqət çəkərək bildirib.
Şolts Ukrayna ilə bağlı ABŞ-Rusiya müqaviləsinin bağlanması ehtimalına qarşı çıxaraq deyib: "Biz avropalılar buna imkan verməyəcəyik".
Eyni zamanda, Almaniya Kansleri bir daha bəyan edib ki, Ukraynaya güclü ordu lazımdır.