...

HƏMAS Qəzza zolağının Fələstin Milli Administrasiyasına təhvil verilməsinə razılıq verib

Dünya xəbərləri Materials 17 Fevral 2025 09:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

HƏMAS hərəkatı Qəzza zolağının Fələstin Milli Administrasiyasına təhvil verməyə hazır olduqlarını bəyan edib.

Trend xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanal qeyd edir ki, HƏMAS Qahirədə danışıqlar zamanı Misirin təzyiqi ilə qəbul etdiyi qərarını Fələstin Azadlıq Təşkilatının rəhbərliyinə göndərdiyi məktubda açıqlayıb.

Eyni zamanda, HƏMAS-ın irəli sürdüyü tələblərə görə, onların hər hansı dövlət qulluqçusu yeni administrasiyada yer almalı və pensiya ödənişləri ilə təmin edilməlidir.

Xəbər lenti

Xəbər lenti