...

Səudiyyə Ərəbistanı ABŞ-Rusiya danışıqlarında vasitəçi olacaq

Dünya xəbərləri Materials 17 Fevral 2025 09:35 (UTC +04:00)
Səudiyyə Ərəbistanı ABŞ-Rusiya danışıqlarında vasitəçi olacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanı təkcə Rusiya və ABŞ rəsmilərinə qarşıdakı danışıqlar üçün platforma təqdim etməyəcək, həm də vasitəçi kimi çıxış etmək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, görüş fevralın 18-də baş tutacaq və Səudiyyə Ərəbistanı nümayəndə heyətinə krallığın milli təhlükəsizlik müşaviri rəhbərlik edəcək. ABŞ-ni Dövlət katibi Marko Rubio, Prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edəcək. Adıaçıqlanmayan ukraynalı rəsmi bildirib ki, Kiyev danışıqlarda təmsil olunmayacaq.

Telekanal qeyd edir ki, Səudiyyə Ərəbistanı Tramp administrasiyasının xarici siyasətində mühüm rol verilir. 2017-ci ildə Tramp prezident kimi ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.

Bundan əvvəl Vitkoff Ukrayna münaqişəsinin həllində ciddi irəliləyişin əldə olunacağına ümid etdiyini bildirmişdi.

Qeyd edək ki, fevralın 12-də Rusiya Prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında telefon danışığı olub. Onlar Ukraynada döyüşlərin dayandırılması məsələsini, ikitərəfli münasibətləri və bir sıra digər mövzuları müzakirə ediblər. Həmçinin təmasları davam etdirmək və şəxsi görüş təşkil etmək barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti