Bakı.Trend:
ABŞ administrasiyasının bəzi nümayəndələri Ukrayna münaqişəsi nizamlanacağı təqdirdə ölkəyə beynəlxalq sülhməramlı qüvvələrin, o cümlədən, Avropa ölkələrindən olan sülhməramlıların göndərilməsini təklif edib.
Trend xəbər verir ki, bu haqda “Economist” öz mənbələrinə istinadən məlumat yayıb.
Söhbət ilk növbədə Braziliya və ya Çindən olan hərbi kontingentdən gedir. İlkin məlumata görə, bu qüvvələr bir növ bufer zonasının yaradılması üçün atəşkəs xətti boyunca yerləşdiriləcəklər.
Nəşrin yazdığına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens Avropa liderlərinin diqqətinə çatdırıb ki, təkcə avropalılardan ibarət sülhməramlılar atəşkəs rejiminin qorunmasında o qədər də effektli olmayacaq.