...

Misirdə bina çöküb - Ölənlər var

Dünya xəbərləri Materials 17 Fevral 2025 14:59 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misirin paytaxtında binanın uçması nəticəsində 10 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, daha bir neçə nəfərin dağıntılar altında qaldığı ehtimal edilir.

Hadisə yerinə təcili yardım briqadası göndərilib.

Şahidlərin verdiyi məlumata görə, qəzaya qaz balonunun partlaması səbəb olub.

Polis araşdırmalara başlayıb.

Xəbər lenti

Xəbər lenti