...

İsrail Livana aviazərbə endirib - HƏMAS vəzifəlisi zərərsizləşdirilib

Dünya xəbərləri Materials 17 Fevral 2025 16:16 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsrailin hərbi hava qüvvələri Livanın cənubunda yerləşən Sayd şəhərinə aviazərbə endirib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, hava zərbəsində məqsəd HƏMAS hərəkatının yerli bölmə başçılarından birinin zərərsizləşdirilməsi olub.

“Bir müddət əvvəl kəşfiyyat məlumatlarını rəhbər tutaraq İsrail Müdafiə Ordusu və Ümumi TƏhlükəsizlik Xidmətinin birgə əməliyyatı nəticəsində İsrail HHQ qırıcıları Sayd rayonuna hava hücumu edərək terrorçu Məhəmməd Şahini zərərsizləşdirib. Şahin Livanda HƏMAS-ın əməliyyat bölməsinin rəhbəri vəzifəsini tuturdu”,- məlumatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti