Bakı. Trend:
ABŞ-nin Kentukki ştatında güclü fırtına nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Trend xəbər verir ki, qubernator Endi Beşir ştatda təbiət hadisəsindən zərər görən mindən çox insanın xilas edildiyini açıqlayıb.
Fırtına nəticəsində Kentukki və Tennessi ştatlarında 20, Virciniyada isə 12 sm yağıntı düşüb. Şimali Karolina, Qərbi Virciniya, Merilend və Nyu-Cersi ştatlarında küləyin sürəti saatda 112 kilometrdən çox olub.
Proqnozlara görə, şimal-şərqdə güclü küləklərin daha 2 gün davam edəcəyi gözlənilir.