Bakı. Trend:
Almaniyanın Kansleri, Sosial Demokrat Partiyasının (SPD) əsas namizədi Olaf Şolts və Xristian Birlik (CDU/CSU) partiyalarının namizədi Fridrix Merts eyni hökumətdə çalışmaq ehtimalını istisna ediblər.
Trend xəbər verir ki, bu barədə hər iki siyasətçi ARD telekanalında yayımlanan Seçki Arenası proqramında seçicilərlə görüş zamanı açıqlama verib.
Fridrix Merts məsələyə münasibət bildirərək deyib: "İkimiz də bunun nisbətən az ehtimal olduğunu düşünürük". Olaf Şolts isə cavabında "Mən Kansler qalmaq istəyirəm, o isə Kansler olmaq istəyir" – deyə vurğulayıb.
Qeyd edək ki, Almaniyada növbədənkənar federal seçkilər fevralın 23-də keçiriləcək.