Bakı.Trend:
ABŞ prezidenti Donald Tramp Amerika silahlı qüvvələrinin Suriyaya “Əl-Qaidə” terrorçu qruplaşmasının başçılarından birinə hədəflənmiş yüksək dəqiqlikli aviazərbə endirdiklərini və həmin başçının zərərsizləşdirildiyini bəyan edib.
Trend xəbər verir ki, bu haqda o, “Truth Social” platformasındakı hesabında yazıb.
Trampın sözlərinə görə, zərərsizləşdirilmiş terrorçu bütün region üzrə “ƏL-Qaidə” üzvləri ilə qarşılıqlı əlaqədə olub.
Prezident, eyni zamanda, ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurillanı və hərbi pilotları əməliyyatın uğurlu keçməsi münasibətilə təbrik edib.