...

Avropanı yeni maliyyə böhranı gözləyir – Mertz

Dünya xəbərləri Materials 18 Fevral 2025 10:05 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa ən qısa zamanda yeni maliyyə böhranı ilə üzləşəcək.

Trend xəbər verir ki, bunu Almaniyanın kansleri vəzifəsinə əsas namizədlərdən olan Xristian Demokratlar İttifaqı və Xristian Sosialist İttifaqı müxalifət blokunun lideri Fridrix Mertz ABŞ-nin “Politico” nəşrinə verdiyi müsahibədə bildirib.

“Yeni maliyyə böhranı nəzərəçarpan şəkildə yaxınlaşır... Bu, suveren borc böhranı olacaq. Biz hələlik onun nə vaxt baş verəcəyini bilmirik”, - deyə o vurğulayıb.

Kanslerliyə namizəd qeyd etdiyi potensial maliyyə böhranını aktivləşdirəcək “tətiklərin” hansı faktorlar olacağına aydınlıq gətirməyib.

Bundan əvvəl Mertz Avropa İttifaqı rəsmilərinin Birləşmiş Ştatlar hökuməti yanında tutduğu mövqeyi pisləyərək, liderləri Vaşinqton önündə zəiflik göstərməməyə çağırmışdı. Mertzin bu bəyanatı Donald Trampın polad və alüminiumun Amerikaya idxalına 25 faizlik gömrük rüsumu tətbiq etməsinin ardından gəlmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti