Bakı. Trend:
Braziliya Baş Prokurorluğu keçmiş prezident Jair Bolsonaroya qarşı Braziliya lideri Luiz İnasio Lula da Silvaya sui-qəsd cəhdi də daxil olmaqla dövlət çevrilişi cəhdində ittiham irəli sürüb.
Trend-in məlumatına görə, bu barədə "G1" portalı xəbər verib.
Bolsonaro cinayətkar qrup yaratmaqda, demokratik hüquqi nizamı zorakılıqla devirməyə cəhddə və dövlət çevrilişi etməkdə ittiham olunur. Baş Prokurorluğun məlumatına görə, keçmiş dövlət başçısı Lula da Silvaya qarşı sui-qəsd planlarından xəbəri olub.
İş üzrə ümumilikdə 34 nəfər ittiham olunub. İndi Baş Prokurorluğun qərarına Ali Məhkəmə baxmalıdır.