Bakı.Trend:
Fransanın yeraltı qaz anbarlarında qaz ehtiyatları 25% aşağı düşüb.
Trend xəbər verir ki, bu barədə "Gas Infrastructure Europe" (GIE) məlumat dərc edib.
Yeraltı anbarlarda saxlanılan qazın həcminə görə Avropanın ilk beşliyinə daxil olan Fransanın YQA-da fevralın 17-nə olan göstəriciyə əsasən, təxminən 3,2 milyard kubmetr qaz qalıb. Bu, anbarlarda olan qaz səviyyəsinin anbarın dolumu baxımından 24,87% təşkil etdiyini göstərir.
Fransa ilə yanaşı, digər ölkələr də havaların soyuq keçməsi ilə əlaqədar yeraltı qaz anbalarındakı ehtiyatlarını aktiv şəkildə istifadə edir. Almaniya YQA-da bu göstərici 40,65 faiz, Avstriyada 54,27 faiz, İtaliyada 55,03 faiz, Niderlandda 29,79 faiz təşkil edir.