...

Ermənistan aviaşirkəti Moldova ərazisində qadağan edilib

Dünya xəbərləri Materials 19 Fevral 2025 23:08 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın “FlyOne Armenia” aviaşirkəti Moldovada fəaliyyəti qadağan edilmiş daşıyıcıların siyahısına daxil edilib.

Trend xəbər verir ki, Moldova İnfrastruktur və Regional İnkişaf Nazirliyinin müvafiq əmri bu gün qüvvəyə minib.

Qeyd edək ki, qadağa Avropa Komissiyasının reqlamentinin qəbul olunması nəticəsində tətbiq edilib. Reqlament çərçivəsində təhlükəsizlik tələblərinə cavab vermədiyinə görə fəaliyyəti məhdudlaşdırılan 130-dan çox aviaşirkətin siyahısı tərtib edilib.

Moldovadakı layihənin məqsədi milli qanunvericiliyi Avropa İttifaqının normalarına uyğunlaşdırmaqdır.

Xəbər lenti

Xəbər lenti