Bakı. Trend:
Litva Ukrayna ordusuna təhvil vermək üçün Kiyevdən 20 milyon avro dəyərində silah alacaq.
Trend-in məlumatına görə, bu barədə Litva Müdafiə Nazirliyi nazirlik rəhbəri Dovile Şakalen ilə Ukrayna Prezident Aparatının nümayəndəsi Aleksandr Kamışin arasında keçirilən görüşdən sonra xəbər verib.
"Litva Ukraynanın müdafiə sənayesinə sərmayə qoymağa davam edəcək, Ukraynadakı Ukrayna ordusu üçün silahlar alacaq. Bunun üçün 20 milyon avro ayrılıb, bu investisiyaların artırılması nəzərdə tutulur", - deyə nazir bildirib.
Vilnüs həmçinin Litvada Ukrayna ilə növləri və miqdarı məxfi məlumat kimi göstərilməyən silahların birgə istehsalı imkanlarını nəzərdən keçirir.