...

Tramp "Amerikanın Səsi" ilə bağlı fərman imzalayıb

Dünya xəbərləri Materials 15 Mart 2025 18:20 (UTC +04:00)
Tramp "Amerikanın Səsi" ilə bağlı fərman imzalayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp 7 federal qurumun ləğvi barədə fərman imzalayıb.

Trend xəbər verir ki, fərman Ağ Evin rəsmi saytında dərc edilib.

Həmin qurumlar arasında "Azadlıq Radiosu" və "Amerikanın Səsi"ni idarə edən Qlobal Media Agentliyi də yer alır.

Sənəddə qeyd olunub ki, qurumların rəhbərləri öz struktur funksiyaları və onlarla bağlı olan personalı qanunla müəyyən edilmiş minimum həddə qədər azaltmalıdır.

Həmçinin bildirilib ki, Tramp bu qərarı federal bürokratiyanın həcmini azaltmaq məqsədilə qəbul edib.

Xəbər lenti

Xəbər lenti