Bakı. Trend:
ABŞ-nin "Ənsərullah" hərəkatına bağlı husilərin nəzarətində olan paytaxt Sənaya və Yəmənin digər bölgələrinə endirdiyi hava zərbələri nəticəsində azı 31 mülki şəxs həlak olub.
Trend-in məlumatına görə, bu barədə husilərin Səhiyyə Nazirliyi məlumat yayıb.
Hücumlar zamanı daha 100 nəfərin yaralandığı bildirilir.
XXX
22:57
Prezident Donald Tramp ABŞ ordusuna Yəməndə husilərə qarşı əməliyyatlara başlamağı əmr etdiyini bildirib.
Trend xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında bildirib.
Bundan sonra ABŞ Yəməndə husilərin nəzarətində olan onlarla hədəfə irimiqyaslı zərbələr endirib.
Məlumata görə, ABŞ husilərə məxsus hava hücumundan müdafiə sistemlərini, radarları və raket sistemlərini vurub.