...

Gürcüstanın xarici ticarət dövriyyəsi kəskin artıb

Dünya xəbərləri Materials 16 Mart 2025 04:52 (UTC +04:00)
Gürcüstanın xarici ticarət dövriyyəsi kəskin artıb

Bakı. Trend:

Gürcüstanın xarici ticarət dövriyyəsi 2025-ci ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz artaraq 3,6 milyard dollar təşkil edib.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə ölkəyə 2,7 milyard dollarlıq məhsul idxal edilib və bu da 2024-cü ilin yanvar-fevral aylarının göstəricisindən 19,5 faiz çoxdur. İxrac isə 835,4 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 4 faiz çoxdur.

Gürcüstanın xarici ticarətində 1,9 milyard dollar saldo yaranıb, bu da ötən ilin analoji göstəricisindən 53,1 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti