Bakı. Trend:
Martın 15-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.
Trend-in məlumatına görə, bu barədə Rusiya XİN açıqlama yayıb.
Telefon danışığı zamanı Amerika tərəfi Qırmızı dəniz regionunda husi qüvvələrinə qarşı hərbi əməliyyata başlamaq qərarını açıqlayıb.
Amerika nümayəndəsinin təqdim etdiyi arqumentlərə cavab olaraq, Lavrov güc tətbiqinin dərhal dayandırılmasının vacibliyini vurğulayıb və daha çox qan tökülməsinin qarşısını almaq məqsədi ilə bütün tərəflər üçün siyasi dialoqa getməyin zəruriliyini qeyd edib.
Həmçinin, fevralın 18-də Ər-Riyadda keçirilən yüksək səviyyəli Rusiya və ABŞ rəsmilərinin görüşündə əldə olunan qarşılıqlı anlaşmaların həyata keçirilməsinin konkret aspektləri də müzakirə edilib.
Lavrov və Rubio, təmasları davam etdirmək barədə razılığa gəliblər.
XXX
06:30
ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefon danışığı zamanı Rusiya-Amerika əlaqələrinin bərpası üçün gələcək addımları müzakirə ediblər.
Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Diplomatlar Səudiyyə Ərəbistanında keçirdikləri son görüşlərdən sonra növbəti addımları müzakirə edib və iki ölkə arasında əlaqələrin bərpası üçün işi davam etdirmək barədə razılığa gəliblər.