Bakı. Trend:
ABŞ yeni nəsil F-47 döyüş təyyarəsinin istehsalına başlayacaq.
Trend-in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp müdafiə katibi Pit Heqset ilə birgə çıxışında Birləşmiş Ştatların yeni nəsil F-47 döyüş təyyarəsinin istehsalına başlayacağını açıqlayıb.
"Mənim göstərişimlə Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri dünyanın ilk altıncı nəsil döyüş təyyarəsi ilə təmin ediləcək. Dünyada heç nə onunla müqayisə belə edilə bilməz. O, F-47 kimi tanınacaq", – deyə Tramp bildirib.
Prezident daha sonra əlavə edib ki, F-47-nin sınaq versiyası təxminən beş ildir ki, uçur.
Məlumata görə, F-47 təyyarəsinin Hərbi Hava Qüvvələri üçün istehsalı "Boeing" şirkəti tərəfindən həyata keçiriləcək.