...

Venesiya 2150-ci ilədək daşqın riski ilə üzləşəcək

Dünya xəbərləri Materials 26 Mart 2025 00:50 (UTC +04:00)

Bakı. Trend:

İtaliyanın Venesiya şəhəri və onun laqunu 2150-ci ilə qədər yuxarı səviyyədə daşqın riski ilə üzləşəcək.

Trend xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) tərəfindən hazırlanan və “Remote Sensing” jurnalında dərc olunan beynəlxalq tədqiqatda deyilir.

Araşdırmada qeyd olunur ki, həmin tarixədək Yerin səviyyəsi aşağı düşəcək və dəniz səviyyəsi isə yuxarı qalxacaq. Nəticədə açıq dəniz ilə laqun arasındakı fərq üç metrə çata, su səviyyəsi 2020-ci ildə Venesiyanı daşqınlardan qorumaq üçün tikilən “Mose” adlı sel baryerini aşa bilər.

Həmçinin Venesiya laqonunda dəniz səviyyəsinin qalxmasının tarixi dövrlərdən bəri baş verdiyi, bu gün onun həssaslığının iqlim dəyişikliyinin təsiri və hər il 7 millimetrə qədər olan qrunt səviyyəsinin davamlı aşağı düşməsi (çökmə) ilə artdığı qeyd olunur. Bildirilir ki, buna görə də laqunun aşağı əraziləri daşqın riskinə daha çox məruz qalacaq, bu, sahil infrastrukturu və iqtisadi fəaliyyətlər üçün kritik nəticələrə səbəb olacaq.

Tədqiqat ən müasir iqlim dəyişikliyi proqnozlarının təhlilinə və geodeziya məlumatlarına əsaslanaraq hazırlanıb.

Xəbər lenti

Xəbər lenti