Bakı. Trend:
Amerikanın hüquq müdafiə təşkilatı olan “American Oversight” Kolumbiya dairəsinin federal məhkəməsində ABŞ-nin müdafiə naziri Pit Heqset, Milli Kəşfiyyat rəhbəri Tulsi Qabbard və daha üç şəxsə qarşı iddia qaldırıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, iddia ərizəsinin mətni təşkilatın saytında dərc olunub.
Məlumata görə, adıçəkilən vəzifəli şəxslər Yəməndəki husilərə qarşı hərbi əməliyyatları müzakirə etmək üçün “Signal” messencerindən istifadə etməkdə ittiham olunurlar.
“Jurnalistin də yer aldığı “Signal” çat qrupunda məxfi hərbi məlumatların paylaşılması hökumət üçün narahatedici siqnaldır və potensial olaraq cinayət hesab edilə bilər. Hərbi əməliyyatların planlaşdırılması emojilərlə dolu və mesajları avtomatik silinə bilən qrup çatlarında aparılmamalıdır”, - deyə “American Oversight” təşkilatının icraçı direktoru Çioma Çukvu bildirib.