...

ABŞ-də silahlı atışma: 3 azyaşlı öldürüldü

Dünya xəbərləri Materials 27 Mart 2025 09:55 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin Florida ştatının Pembrok-Park qəsəbəsində baş verən silahlı insident nəticəsində üçü uşaq olmaqla 4 nəfər qətlə yetirilib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumara görə, hadisə yerinə gələn polis əməkdaşları ərazidə bir qadın, bir körpə və iki azyaşlı uşağın meyitini aşkarlayıblar.

Bundan başqa, bir kişi və azyaşlı qızı yaralı vəziyyətdə təcili tibbi yardım maşını ilə xəstəxanaya təxliyə olunublar.

Hadisənin təfərrüatları araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti