...

Ermənistan Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında seçim etməli olacaq - Overçuk

Dünya xəbərləri Materials 27 Mart 2025 12:53 (UTC +04:00)
Ermənistan Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında seçim etməli olacaq - Overçuk
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Avropa İttifaqı (Aİ) arasında seçim etməli olacaq.

Trend xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə verdiyi açıqlamada bildirib.

"Biz bu prosesləri diqqətlə izləyirik. Başa düşürük ki, əgər Ermənistan Avropaya doğru gedirsə, onda bu ölkə ilə bütün iqtisadi münasibətlər kompleksini yenidən nəzərdən keçirmək lazım gələcək", - deyə o qeyd edib.

O, bunun Ermənistandakı insanlar üçün müəyyən fəsadlarının olacağını bildirib.

A. Overçuk bu seçimin Ermənistanın daxili işi olduğunu vurğulayıb.

"Həm Aİİ, həm də Aİ oxşar gündəmə malikdir. Çünki eyni anda iki oturacağa əyləşmək mümkün olmayacaq", - deyə Rusiya Baş nazirinin müavini əlavə edib.

Qeyd edək ki, Ermənistan parlamenti ölkənin Aİ-yə üzvlük prosesinə başlaması ilə bağlı qanun layihəsini son oxunuşda qəbul edib. Qanun layihəsinin lehinə 64 deputat səs verib, 7-si əleyhinə olub, bitərəf qalan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti