Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp səmimi şəkildə Ukrayna münaqişəsinə son qoymaq istəyir.
Trend-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Arxangelsk sualtı qayığının dənizçiləri ilə danışarkən bildirib.
"Fikrimcə, ABŞ-bib yeni seçilmiş prezidenti bu münaqişəyə son qoymaq istəyir", - deyə Rusiya prezindeti qeyd edib.
Vladimir Putin əlavə edib ki, Rusiya Ukrayna münaqişəsinin dinc yolla həllinin tərəfdarıdır, lakin əsas səbəblərin aradan qaldırılması şərtdir.