...

Rubio Rusiyaya qarşı beynəlxalq sanksiyaların aqibətindən danışıb

Dünya xəbərləri Materials 28 Mart 2025 11:49 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ rəhbərliyi Ukrayna münaqişəsinin nizamlanması prosesi fonunda Rusiyaya qarşı sanksiyaların ləğvinin mümkünlüyünü təhlil edəcək.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.

“Biz onların qaldırdığı sualları təhlil edəcəyik, söhbətin nədən getdiyini aydınlaşdıracağıq. Məsələ, bir sıra sanksiyalarda, o cümlədən Amerikaya aid olmayan sanksiyalardadır”,- o bildirib.

Rubionun sözlərinə görə, bütün nüanslar təhlil olunduqdan sonra, dövlət departamenti Ağ Ev rəhbəri Donald Trampa mövcud vəziyyətdən çıxışla bağlı variantlar təqdim edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti