...

Güclü zəlzələ Taylandda dağıntılara səbəb oldu (VİDEO) (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 28 Mart 2025 14:47 (UTC +04:00)
Güclü zəlzələ Taylandda dağıntılara səbəb oldu (VİDEO) (ƏLAVƏ OLUNUB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənub-Şərqi Asiyada episdentri Myanmar olan güclü zəlzələ regionda, xüsusilə də Taylanda çoxsaylı dağıntılara səbəb olub.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, Taylandın paytaxtı Bankoqda inşa edilməkdə olan göydələn yeraltı təkana tap gətirə bilməyərək, çöküb. Tikintiyə cəlb olunan azı 43 fəhlə və inşaat işçisinin dağıntılar altında qaldığı güman edilir.

Zəlzələ nəticəsində şəhərdə ictimai nəqliyyat iflic olub, metro fəaliyyətini dayandırıb, aeroportlar bütün yerli və beynəlxalq uçuşları müvəqqəti olaraq dayandırıb.

Zəlzələ fəsadlarının qiymətləndirilməsi hələ ilkin mərhələdə olduğundan itki və dağıntıların miqyası barədə hələ dəqiq məlumat yoxdur.

xxx

11:18

Myanmarda ard-arda iki güclü zəlzələ olub. Zəlzələlərdən biri Rixter cədvəli ilə 7.7 digəri isə 6.4 bal gücündə olub.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Tədqiqat Xidməti (USGS) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar o qədər güclü olub ki, qonşu Taylanda və regionun başqa ərazilərində də hiss olunub. Taylandı paytaxtı Banqkokda insanlar yüksəkmərtəbəli binalardan kütləvi şəkildə təxliyə olunur. Şəhərdə bir binanın çökdüyü barədə xəbərlər yayılıb.

İlk zəlzələnin episentri Saqainq şəhərindən 16 kilometr şimal-qərbdə qeydə alınıb.

Bu arada Çinin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC), 7.9 bal gücündə zəlzələdən xəbər verib və yeraltı təkanların Yunnan əyalətində hiss olunduğunu açıqlayıb.

Dağıntılar və itkilər barədə hələ ki məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti