...

Ərdoğan və Putin arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 28 Mart 2025 14:00 (UTC +04:00)
Ərdoğan və Putin arasında telefon danışığı olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin dəftərxanası məlumat yayıb.

Məlumata görə, tərəflər Türkiyə və Rusiya arasında ikitərəfli münasibətləri, həmçinin mühüm regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan qeyd edib ki, Türkiyə Rusiya və Ukrayna arasında hərbi əməliyyatların dayandırılmasına yönəlmiş prosesi diqqətlə izləyir və sülh danışıqlarının təşkili də daxil olmaqla, hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirib.

Türkiyə lideri Suriya məsələsində Rusiya ilə qarşılıqlı əlaqənin vacibliyini vurğulayıb: “Bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün həlledici əhəmiyyət kəsb edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti