...

Qəzza zolağında ölənlərin sayı açıqlanıb

Dünya xəbərləri Materials 26 Aprel 2025 04:55 (UTC +04:00)
Qəzza zolağında ölənlərin sayı açıqlanıb

Bakı. Trend:

İsrailin Qəzza zolağına son 24 saatda endirdiyi zərbələr nəticəsində 78 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi xəbər verib.

Məlumata əsasən, Qəzza zolağında son 24 saat ərzində 78 nəfər həlak olub, daha 6 nəfərin cəsədi dağıntılar altından çıxarılıb. Nazirlik həmçinin bildirib ki, son 24 saat ərzində ən azı 168 yaralı anklavdakı xəstəxanalara çatdırılıb.

Bundan əlavə, Səhiyyə Nazirliyi bildirib ki, 2023-cü il oktyabrın 7-dən İsrailin bölgədəki hərbi əməliyyatları nəticəsində ən azı 51 439 fələstinli həlak olub, 117 416 nəfər isə yaralanıb. 2025-ci il martın 18-dən bəri ölənlərin sayı 2062-yə çatıb, 5375 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti