...

Brent neftinin qiyməti 2025-ci ilin iyul fyuçersləri üzrə 63 dollardan aşağı düşüb

Dünya xəbərləri Materials 30 Aprel 2025 07:16 (UTC +04:00)
Brent neftinin qiyməti 2025-ci ilin iyul fyuçersləri üzrə 63 dollardan aşağı düşüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Londonun ICE birjasında Brent markalı neftin 2025-ci ilin iyul ayı üçün fyuçers qiyməti 2025-ci il aprelin 11-dən bəri ilk dəfə olaraq bir barel üçün 63 dollarlıq psixoloji həddi aşağı yönlü qırıb.

Trend Ticarət məlumatlarına əsasən xəbər verir ki, Brent markalı neftin qiyməti 1,69% ucuzlaşaraq 62,97 dollar/barelə geriləyib.

Bakı vaxtı ilə saat 05:42-yə olan məlumata görə isə qiymətlər daha da enərək 62,89 dollar səviyyəsinə (-1,81%) çatıb. Bununla yanaşı, WTI markalı neftin 2025-ci ilin iyun çatdırılması üzrə fyuçersləri də 2,72% azalaraq 59,98 dollar/barel səviyyəsinə düşüb.

Xəbər lenti

Xəbər lenti