...

Avstraliya sahillərində güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 30 Aprel 2025 08:07 (UTC +04:00)
Avstraliya sahillərində güclü zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliyanın Makkuori adasının sahillərində 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Dövlət Geologiya Bürosu məlumat yayıb.

Yeraltı təkanların episentri subarktik iqlim zonasında yerləşən Makkuori-Aylend adasından təxminən 220 kilometr qərbdə yerləşib. Qeyd edək ki, burada Avstraliya və Yeni Zelandiyadan olan alimlərin fəaliyyət göstərdiyi tədqiqat stansiyası və Avstraliyanın elmi tədqiqat donanması mövcuddur. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Hazırda dağıntı və insan tələfatı barədə hər hansı məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti