Bakı. Trend:
Fevralın 16-da Potaket şəhərində orta məktəb xokkey oyununda baş verən atışma nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "CBS News" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, hücum edən şəxs ölüb.
Bildirilib ki, atışma yerli vaxtla saat 14:00 radələrində buz meydançasında iki məktəbin şagirdləri arasında matç keçirilərkən baş verib.
Dörd yaralı xəstəxanalara aparılıb. Onların vəziyyəti və ya hadisənin səbəbi barədə hələlik məlumat verilməyib.