...

Dağıstanda dövlət katibi vəzifəsi yaradılıb

Dünya xəbərləri Materials 6 Aprel 2006 16:56 (UTC +04:00)

Dağıstanda dövlət katibi vəzifəsi yaradılıb. Respublika prezidenti Muxu Əliyevin fərmanı ilə bu vəzifəyə Takibat Mahmudova təyin edilib. Trend in verdiyi məlumata görə, 1975-ci ildə Dağıstan Tibb Universitetini bitirmiş T.Mahmudova səhiyyə sahəsində, Dağıstan Ali Şurasında, Nazirlər Şurasında və Respublika Dövlət Şurasında müxtəlif vəzifələrdə çalışıb.

Dağıstan Respublikasının dövlət katibi geniş səlahiyyətlərə malikdir. Əsas vəzifələr isə sosial sahədə dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi, bu istiqamətdə qanun layihələri və digər normativ-hüquqi aktların işlənib hazırlanmasıdır. Bu barədə RİA "Novosti" xəbər verir.

Xəbər lenti

Xəbər lenti