Ukrayna enerji resurslarının Rusiya və digər alternativ mənbələrdən nəqli üçün tranzit ölkə kimi Avropa Birliyinin (AB) daimi tərəfdaşı olacaq. Bu barədə Trend agentliyinin yaydığı məlumata əsasən, Ukrayna prezidenti Viktor Yuşenko İspaniyanın "El Pais" nəşrinə müsahibəsində bildirib. "Biz istərdik ki, bizim nəqliyyat energetika şəbəkəmiz Avropa energetika bazarının şəraitinə daha yaxşı uyğunlaşsın və bu məqsədlə AB ilə məshələtləşmələri intensivləşdirmişik" - deyə prezident bildirib.
Nəqliyyat energetika şəbəkəmizi Avropa energetika bazarının şəraitinə uyğunlaşdırmaq üçün Ukrayna AB ilə bu məsələ üzrə məsləhətləşmələrini intensivləşdirib.
V.Yüşenko vurğulayıb ki, bütün ölkələr enerji mənbələrini müxtəlifləşdirməyə çalışır. "Digər tərəfdən, mənə elə gəlir ki, Rusiya və Ukrayna energetika sahəsində bazar münasibətlərini nizamlaya bilsə, bu, Avropaya enerji xidmətlərinin göstərilməsi mümkünlüyünü daha da gücləndirərdi" - deyə V.Yuşenko qeyd edib. O əlavə edib ki, Ukrayna Orta Asiya qazının Avropa bazarlarına Xəzər dənizi və ya Qafqaz, sonra isə Ukrayna ərazisi vasitəsilə nəqlində yeni rol oynamağa hazırdır. Bu barədə "Finmarket " xəbər verir.